Ədəbiyyat həvəskarlarına kədərli xəbər: Məşhur onlayn pulsuz kitabxana bağlanır

2009-cu ildə yaradılmış və kultlaşmış məşhur pulsuz onlayn kitabxana "Flibusta" yaxın zamanda mövcudluğuna son qoyacaq.

Lim10.az-ın məlumatına görə, bu barədə layihənin "Stiver" ləqəbli yaradıcısı öz bloqunda məlumat verib.

Onun sözlərinə görə, buna səbəb səhhətində yaranan problemlərdir:

"Bu, Stiverdir. Mən xəstəxanadayam, böyükölçülü glioblastoma (beyin şişi - red.) ilə. Təəssüf ki, "Flibusta" bununla bitdi, elə mənim özüm kimi... Hamıya təşəkkür edirəm, əyləncəli idi. Serverlər hələ bir neçə həftəliyə ödənilib", - deyə o bildirib.

Qeyd edək ki, "Flibusta" "Librusek" kitabxanasının forku olaraq 2009-cu ilin payızında işə salınıb.