Rusiyada kriminallar söz sahibi olurlar
Dmitri Karyaqin
Ukraynada aparılan müharibə həm də, yaxın gələcəkdə Rusiyada kriminal ünsürlərin əsil söz sahibinə çevriləcəyini deməyə imkan verir. Məsələn, "Vaqner" özəl hərbi şirkətinin sahibi olan Priqojin müharibəyə cəlb edə bildiyi cinayətkarlardan bir qismini bu yaxınlarda əfv edərək (?) azadlığa buraxıb. Jurnalistlər Priqojinin əfv vəd etdiyi Vaqner məhbusları arasında özünün 87 yaşlı veteran nənəsini öldürən Dmitri Karyaqini aşkar ediblər. O nənəsini mənzilini satmağa razı salıb, bundan sonra yaşlı qadını çəkiclə vuraraq soyuqqanlı şəkildə qətlə yetirib. 17 il məhbəsdə qalmalı olan bu cinayətkar indi azadlıqdadır və hətta, özünü "qəhrəman" da adlandıra bilər. Onun bundan sonra hansı hərəkətlər edəcəyi isə yəqin ki, hər kəsə aydındır.
Dadaş Əhmədli