Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld 27 Sentyabr - Anım Günü ilə bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib.

Lim10.az xəbər verir ki, diplomat "X" platformasında yazıb:

"27 Sentyabr - Anım Günündə müharibədə həyatını itirənləri hörmətlə anırıq. Regiona tezliklə sülh və əmin-amanlığın gəlməsini diləyirik".