Qazmaçı 3 manata nə yeyə bilər?! - Sualın ünvanı SOCAR!


Hzırda il yeni başlayıb, hökumətin təbliğat maşını dövlət tərəfindən aparılan ödənişlərın müəyyən həcmdə artırılmasını cəmiyyətə islahat adı ilə sırımaqla məşğuldur. Belə bir dövrdə oxucuların diqqətini SOCAR tərəfindən qazmaçı fəhləyə ayrılan bir günlük yemək puluna çəkmək istərdik. Ölkə iqtisadıyyatının bütün yükünü çiyinlərində daşıyan neft sənayesinin gavhınlari ola qazmaçıları SOCAR əslində hər gün keyfiyyətli isti və yüksək kalorili yeməklə təmin etməlidir. Lakin bunun əvəzində şirkət hər gün qazmaçıya 3 manat verir ki, bu "isti və yüksək kalorili" yeməyi qazmaçı özü təmin eləsin.

Neftçilər deyir ki,
2010-cu ildən bu günə qədər yemək pulu 3 manat təşkil edir, 23 ildir ki, bu məbləğ bir qəpik də artırılmır. 2010-cu ildə ətin kiloqramı 6-7 manata, çörək isə 30 qəpiyə stılırdı. İndi ətin bir kiloqramı 14-17 manata, ən ucuz çörək isə 75 qəpiyə təklif edildiyi bir vaxtda, özünüz düşünün, yemək pulu nə qədər olmalıdır?

Sutka ərzində 12 saat sərasər buruq yanında olan işçi 3 manata yavan çörək yeməlidirmi? Bəlkə heç olmasa yanına kolbasa da əlavə edəsiniz?!
Hazırda 3 manta ortabab bir dönər düşür, dönərxan isə mədən ərazisində yoxdur. Bəlkə mədən ərazisində dönərxana açıb, qazmaçılra ayrılan həmin 3 manatı da o dönərxanaya köçürdəsiniz?!
Lakin SOCAR-ın 2021-ci il üzrə İllik Hesabatdan oxuyuruq:
- SOCAR-ın Baş ofisinin yerləşdiyi inzibati binada çalışan 700 nəfərə yaxın işçi gündəlik keyfiyyətli və yüksək kalorili isti yeməklə təmin olunmuş, isti yeməklə təmin olunmayan sahələrdə çalışan (o cümlədən qazmaçılar -red. A.N) işçilərin gündəlik yemək xərci Nazirlər Kabinetinin müvafiq qərarına və SOCAR-ın əmr-qərarına uyğun olaraq ödənilmişdir.


Hesabatda qeyd olunan SOCAR əmr-qərarına əsasən quruda çalışan işçilərə verilən gündəlik yemək pulu (yəni şirkətin qeyd etdiyi kimi isti yeməklə təmin olunmayan işçilər üçün) 3 (üç ) manat təşkil edir.


Budurmu haqq-ədalət - Bakının göbəyində, rahat ofisdə oturub, qazmaçıların qazandığı pulu sayanlar hər gün dəyəri 30-40 manat təşkil edən, yüksək kalorili və isti yeməklə təmin edilir, qazmaçılara isə 3 manat verilir ki, get buna nə ala bilirsənsə, onu da ye...

Akif Nəsirli