"Blokadadan kim danışıb?" - Vladimir Poqosyan

Vladimir Poqosyan Laçın yolunda blokadanın olmadığını təsdiqləyib

Ermənistan prezidentinin milli təhlükəsizlik üzrə baş məsləhətçisinin köməkçisi Vladimir Poqosyan “Noyan Tapan”ın efirində Laçın yolunun blokadasının olmadığını təsdiqləyib.

Poqosyan Xankəndinə uşaq qidalarının çatdırılmasını təşkil etməyə hazır olduğunu bəyan edib. Teleaparıcının malları Xankəndinə necə çatdıracağı ilə bağlı sualına Poqosyan cavab verib ki, bir yolunu tapacaq. Teleaparıcının növbəti sualına: “Yəni (Laçın yolunun blokadası yoxdur - red.)?” sualına Poqosyan “Blokadadan kim danışıb?” sualı ilə cavab verib