Avropa İttifaqı Ermənistana missiya göndərir?

Ermənistanın “Azatutyun” radiosunun məlumatına görə, Aİ Ermənistana iki il müddətinə yeni missiya göndərmək niyyətindədir. “Azatutyun” radiosunun mənbələrinin məlumatına görə, bu layihə keçən həftə Avropa Şurasının Siyasət və Təhlükəsizlik Komitəsi tərəfindən qəbul edilib. Dünən isə müşahidə missiyalarında iştirak edən əsas qurum – Anti-Böhran İdarəetməsinin Mülki Məsələlər Komitəsi tərəfindən təsdiq edilib. Üstəlik, ötən ilin oktyabrında Ermənistan-Azərbaycan sərhədində yerləşdirilən 40 nəfərlik qrupdan fərqli olaraq, bu dəfə avropalı müşahidəçilər Ermənistanın bütün ərazisinə nəzarət edəcək. Əvvəlki missiyada olduğu kimi, bu dəfə də onlar silahsız olacaqlar.

Neçə müşahidəçinin gələcəyi hələ rəsmi olaraq açıqlanmayıb. Bununla belə, "Azatutyun"-un məlumatına görə, 200-ə yaxın avropalı mütəxəssis yeni missiyanın bir hissəsi olacaq.