Qarabağ və Şərqi Zəngəzur Azərbaycan Uralıdır

Bu sözlərı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib.

“Mineral ehtiyatlarının zənginliyinə, müxtəlifliyinə görə Qarabağı və Şərqi Zəngəzuru Azərbaycan Uralları adlandırmaq olar. Qarabağda və Şərqi Zəngəzurda təkcə faydalı qazıntılar və filizlər deyil, həm də bir çox tikinti materialları olan 800-dən çox yataq var. Onların inkişafı respublikanın tikinti sektorunun inkişafına müsbət təsir göstərəcək”.