Dizel yanacağı dünyada neçiyə satılır?

Dünya ölkələri arasında yanacağın qiymətlərində çox fərq mövcuddur.

Ümumiyyətlə, ən aşağı qiymətlər neftlə zəngin və iqtisadi cəhətdən zəif inkişaf etmiş dövlətlərdədir. İqtisadi nöqteyi-nəzərdən dizel yanacağı ölkələrdə istehlak qiymətlərinin formalaşmasına daha çox təsir göstərir, çünki yük maşınları və bir sıra daşıyıcı nəqliyyat vasitələri dizel yanacağından istifadə edir. Avadanlıqların böyük əksəriyyəti dizel yanacağı ilə işləyir və onun bahalaşması nəqliyyat, xidmət və ya tikinti xərclərinin artmasına səbəb olur. Hazırda dünyada bir litr dizelin orta qiyməti 1,33 dollar təşkil edir və bu növ ən ucuz yanacağı İranda almaq olar, burada bir litr dizel 0,011 dollara satılır. Ən bahalı dizel Honq-Konqdadır, onun orta qiyməti 2,66 dollara çatır.

Dizelin ən baha olduğu ölkələrin siyahısını təqdim edirik:

1. Honq-Konq – 2,66 dollar;

2. Afrika Respublikası - 2,39 dollar;

3. İsveç - 2,34 dollar;

4. İslandiya - 2, 31 dollar;

5. Monako - 2, 26 dollar;

6. Norveç - 2,22 dollar;

7. İsveçrə - 2, 20 dollar;

8. Finlandiya - 2,19; dollar

9. Dania - 2.112 dollar;

10. Böyük Britaniya - 2 dollar.

Ən ucuz dizel yanacağı isə aşağıdakı ölkələrdədir:

1. İran - 0,11 dollar;

2. Venesuela - 0,16 dollar;

3. Liviya - 0,31 dollar;

4. Səudiyyə Ərəbistanı - 0,200 dollar;

5. Əlcəzair - 0,213 dollar;

6. Misir - 0,245 dollar;

7. Anqola - 0,268 dollar;

8. Kuveit 0,377 dollar

9. Türkəmistan 0,386;

10. Ekvador – 0,462 dollar.

Region ölkələrində dizelin qiymətləri aşağıdakı kimidir:

1. Azərbaycan - 0,471 dollar;

2. Rusiya - 0,846 dollar;

3. Ermənistan - 1,061 dollar;

4. Türkiyə - 1,232 dollar;

5. Gürcüstan - 1,420 dollar.