17 oktyabrda "Jolly Joker"də Bakı Caz Festivalının açılışı olub.
Lim10.az-ın məlumatına görə, festivalın ilk günündə Munir Hossnun konserti keçirilib. Caz, fank və Braziliya ritmlərini məharətlə birləşdirən braziliyalı multi-instrumentalist və bəstəkar Azərbaycan paytaxtının musiqisevərlərini möhtəşəm ifası ilə sevindirdi.
Qeyd edək ki, caz festivalı oktyabrın 27-dək davam edəcək. Tanınmış musiqiçilərin konsertləri Beynəlxalq Muğam Mərkəzinin, Azərbaycan Milli Konservatoriyasının səhnəsində, "Jolly Joker" konsert meydançasında, "Fairmont Baku" hotelindəki klubda və ADA Universitetində keçirilir. Konsertlər və jam-sessiyalardan əlavə, festivalın proqramına caz ulduzları ilə ustad dərsləri və görüşlər, "İpək üzərində caz" sərgiləri, "Jazz & Art" animasiya eskizləri, "Best World Jazz Photo" fotosərgisi, Bəhram Bağırzadənin "Uşaqlar üçün caz" kitabının təqdimatı daxildir.
Bu il festivalda ənənəvi caz, etno-caz, bossa nova, caz-rok kimi istiqamətlər təqdim olunur. Dünya ulduzları festivala qatılmağa gəlirlər. Müxtəlif illərdə Dayana Kroll, El Di Meola, Çarlz Lloyd, Keyko Matsui, Shakatak, Jazzanova və Fourplay iştirak ediblər. Bu festivalın əsas xüsusiyyəti "Interplay" triosu və ABŞ-li müğənni Şeril Reyli.