MEDİA boyunduruğu
Son günlər çox maraqlı bir məsələ diqqətimi cəlb etdi. Bir çox dostlarım, həmkarlarım MEDİA-dan (Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi) aldıqları boyunduruq vəzifələrini nümayiş etdirərək, bu quruma təsəkkür edirlər. Onları təbrik edənlər də olur, mən təbrik etmirəm. Buna görə kimsə məndən inciyirsə, bu artıq onun şəxsi işidir. Məsələnin maraqlı tərəfi isə odur ki, Ali təhsil diplomu, illərlə, hətta, on illərlə mediada calişmaq, jurnalist kimi fəaliyyət göstərmək üçün əsas meyar sayılmır. Amma indi bunun üçün mütləq MEDİA-nın boyunduruğuna girmək tələb edilir. Dünyanın harasından öyrəniblər bu təcrübəni, bilmirəm. Bildiyim bir şey var ki, mən bu oyunun iştirakçısı deyiləm. Yazmışam, yazacam və heç bir MEDİA da mənə qadağa qoya bilməz. Onlardan da mənə heç nə lazım deyil. Əziz həmkarlarım, əgər siz həqiqətən də jurnalist kimi fəaliyyət göstərmək istəyirsinizsə, onda gedin Həsən bəy Zərdabinin, Nəcəf Nəcəfovun ruhlarindan xeyir dua alın. Onların istək və arzularıni gerçəkləşdirməyə, cəmiyyətimizi saflasdirmaga çalışın. MEDİA-nı da bir müddət sonra KİVDF, MŞ kimi aqibət gözləyir. Necə deyərlər hərənin öz dovranı, MEDİA də Azərbaycanda medianın inkişafını istəyirsə "Azadlıq" və"Müxalifət" kimi qəzetlərin heç bir şərt və məhdudiyyət qoymadan nəşirlərinə imkan yaratsın, bunu bacarmırsa demək, onunda məqsədi medianı inkişaf etdirmək yox, məhv etməkdir. O ki, qaldı boyunduruq məsələsinə, o ətaya meyilli həmkarlarım çoxdur, yolunuz açıq olsun. Vaxt gələcək, tarix hər şeyi öz yerinə qoyacaq.
Yusif Seyid