“Gördük ki, bu qardaşın başqa qardaşı da varmış”

“Biz İranı qardaş bilmişdik. Amma sonradan gördük ki, bu qardaşın başqa qardaşı da varmış”.

Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib. 

O bildirib ki, İran islam tarixində böyük səhvə yol verib:
“Bu, bağışlanılmazdır. Biz İranı qardaş bilmişdik, qardaşımızın bizə qarşı bu addımı atmasını istəməzdik. Amma sonradan gördük ki, bu qardaşın başqa qardaşı da varmış. Biz ögey qardaş imişik. Onlar öz səhvlərini başa düşəcək və  geri addım atacaqlar”.

Qeyd edək ki, iki gün öncə Tehran və İrəvan qardaşlaşıb. Həmin razılaşmanı İrəvan meri Qraçya Sarkisyan və Tehran meri Əlirza Zakani imzalayıb.