Sivilizasiyanın "öncülü" olan Qərb...

Doğrudanmı belədir?

Hacı Rafiq


İnsan haqlarının qorunması, heç də o demək deyil ki, sən ağlına gələni və gəlməyəni edə bilərsən. Demokratiyanın təntənəsi heç də o demək deyil ki, sən böyük bir sivilizasiyanın, 2 milyard insanın iman gətirdiyi İslam dininə bu qədər nifrətlə yanaşasan. Onun müqəddəs kitabı olan Qurani-Kərimi yandırasan. Peyğəmbərinə karikaturalar çəkəsən.
Siz heç bir dəfə olsun görmüsünüzmü ki, müsəlman ölkələrində xristianların müqəddəs kitabları olan Bibliya və ya İncili yandırılsın, təhqir edilsin?! Siz heç görmüsünüzmü ki, İsa peyğəmbərə karikaturalar çəkilsin və bütün bunlar aşkarcasına nümayiş etdirilsin!?
Üzdəniraq qonşularımız olan haylar da özlərini Qərb sivilizasiyasının bir "parçası" hesab edirlər. Təkcə evlərimizi deyil, həm də məscidlərimizi yerlə-yeksan edib, orada donuzlar saxlayıb. Belə bir məxluqat hara, sivilizasiyadan danışmaq hara.
Qərb sivilizasiyası bəşəriyyətə təkcə texnologiyalar "gətirməyb", həm də eynicinslərin "nikahını" bəxş edib. Şəxsiyyət vəsiqəsinə kişi, qadın cinsləri ilə yanaşı, qeyri-müəyyən bir cinsi də əlavə edib. Üstəlik homoseksualların, transseksualların "hüquqlarını" göz bəbəkləri kimi qoruyurlar. Hətta, iş o dərəcəyə çatıb ki, bu "azlıqlar" çoxluğa artıq meydan oxumağa başlayıblar.
Bax, budur onların əsl "siması"...