Gürcüstan-Azərbaycan sərhəddində zəlzələ baş verib
Bu gün səhər saatlarında Gürcüstan-Azərbaycan sərhəddində zəlzələ baş verib.
Bu barədə Azərbaycanın Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 05:58-də Qazax stansiyasından 50 km şimal-şərqdə, Gürcüstan-Azərbaycan sərhəddində qeydə alınıb.
Yeraltı təkanlar 3,2 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə olduğu bildirilir.