Bakıya gətirilən yeni nəsil metro vaqonlarının FOTOLARI və ÖZƏLLİKLƏRİ

Bakı Metropoliteninә yeni vaqonlar gətirilib.

Lim10.az bildirir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

Məlumata görə, "81-765 Б/766 Б" seriyalı qatar tәrkibi innovasiyalar baxımından dördüncü nәslә mәnsubdur.

Vaqonlar "Bakı Metropoliteni" QSC-nin texniki şәrtlәrinә uyğun istehsal olunub vә yığılaraq komplektlәşdirilmәsi Bakı Metropolitenindә tәşkil edilib.

Vaqonların yığılması prosesi digәr metropolitenlәr üçün nәzәrdә tutulmuş standart layihә әsasında deyil, Avropanın әn yüksәk texnoloji tәlәblәrә cavab verәn aparıcı istehsalçılarının avadanlıq vә sistemlәri ilә aparılıb.

Yeni nәsil qatarların hәr birinin baş vaqonları 315, orta vaqonları 329 sәrnişin üçün hesablanıb.

Baş vaqonlarda 38, orta vaqonlarda 44 oturacaq var. Vaqonların qapıları 1 400 mm olmaqla әvvәlki nәsil vaqonlarla müqayisәdә 12 faiz daha genişdir.

Qatarlarda әlil arabaları, iri yüklәr vә uşaq arabaları üçün çoxfunksiyalı zonalar, mikroiqlim nәzarәti, videomüşahidә, interaktiv sәrnişin mәlumatlandırma sistemlәri, mobil cihazlar üçün USB-portlar, orijinal işıq qrafikası mövcuddur.

Vaqonlar hermetik olduğuna görə sәs-küysüzdür vә istilik izolyasiyasına malikdir. Әvvәlki nәsil qatarlarla müqayisәdә vaqondan-vaqona birbaşa keçidlәr sәrnişinlәrin qatar boyunca hәrәkәtini tәmin edir.