Xəbər verdiyimiz kimi, meyxanaçı Ağakərim vəfat edib.
Lim10.az mərhum meyxanaçı haqqında məlumatları təqdim edir:
Ağakərim adı ilə tanınan Kərim Novruzov 1964-cü ildə Sabunçu rayonunun Maştağa qəsəbəsində doğulub.
1981-ci ildə 209 saylı orta məktəbi bitirib. Meyxana marağı qonşusu Ağasəlim Çıldağın audio kasetlərindən sonra yaranıb. 1991-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən meyxana müsabiqəsinin qalibi, 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalının ən yüksək mükafatı olan qızıl medalı alıb.
2001-ci ildə onun "Bu gedər, o biri gələr" adlı albomu işıq üzü görüb.
Bir müddət diabetdən əziyyət çəkən meyxanaçı, 2017-ci ilin mart ayında insult keçirib. 2021-ci ilin dekabr ayında isə 2-ci dəfə insult keçirib. O, uzun müddətdir yataq xəstəsi idi.
Mərhum meyxanaçı sabah Maştağada torpağa tapşırılacaq.
Billurə




















