İranın məşhur din xadimindən Pezeşkiana irad: "Məcburi hicab düzgün deyil"

İranın məşhur din xadimi Ayətullah Məkarim Şirazi İran Prezidenti Məsud Pezeşkianla görüşüb.

Lim10.az "Azad İran"a istinadla xəbər verir ki, Şirazi ölkədə məcburi hicab məsələsinə toxunub:

"Hicabın məcburi şəkildə tətbiqi nə praktikdir, nə də düzgün! Hicab problemi ədalətli şəkildə həllini tapmalıdır!" - deyə din xadimi bildirib.