Türkiyədə zəlzələ olub

Türkiyənin Elazığ şəhərində 5 bal gücündə zəlzələ baş verib.

Lim10.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunur ki, yeraltı təkanlar yerli vaxtla saat 17:04-də qeydə alınıb.

Zəlzələnin ocağı təxminən 16 km dərinlikdə yerləşib. Hər hansı itki və ya dağıntı qeydə alınmayıb.