Sahil Babayev "veteran pulu"nun artırılıb-artırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev müharibə veteranlarına verilən aylıq təqaüdün artırılıb-artırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.

"Report"un məlumatına görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, bununla bağlı sosial paket müzakirədədir.

"Müzakirə bitmədən onun tərkib hissəsi barədə məlumat vermək düzgün olmaz. Müzakirələr yekunlaşdıqdan sonra bu barədə məlumat veriləcək", - deyə nazir qeyd edib.