Bəzi rayonlarda duman müşahidə edilib - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bununla bağlı Lim10.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Noyabrın 15-i saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin noyabrın 14-ü günün birinci yarısında bəzi şərq rayonlarında qısamüddətli yağış yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3 mm, Neftçala, Lənkəranda 1 mm-dək olub.

Yevlax, Zərdab, Şəmkir, Şamaxı, Qax, Qobustan, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10, Naxçıvan MR-də 3, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.