Bölgələrdə elektromobillər üçün şarj məntəqələri niyə yaradılmır?

Son dövrlərdə elektromobillərə maraq artıb. Bakı ilə bərabər regionlarda da belə avtomobillər almaq istəyənlər kifayət qədərdir.

Xezerxeber.az-ın məlumatına görə, bölgələrdə şarj yerlərinin olmaması sürücüləri çətin vəziyyətdə qoyur.

Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində bu cür elektrikdoldurma məntəqələri cəmi bir ünvandadır. Sürücülər deyirlər ki, bu da onların elektromobil almaq həvəslərini azaldır.

Paytaxdan sonra digər iri şəhərlərdə bir ünvanda elektrikdoldurma məntəqələri olsa da, digər rayonlarda ümumiyyətlə yoxdur.

Avtomobil satışı üzrə mütəxəssis Eldəniz Cəfərov bölgələrdə yaşayanların elektromobillərə marağını artırmaq üçün təkilif edir ki, yanacaqdoldurma məntəqələrinin sahibləri qarşısında öhdəlik qoyulsun.

Ekspert deyir ki, respublika əhəmiyyətli magistral yolların kənarındakı yanacaqdoldurma məntəqələrində və hətta yeni yaradılan ''Dayan Dincəl'' məntəqələrində də şarj cihazları qoyulmalıdır.

Ətraflı süjetdə:

Bölgələrdə elektromobillər üçün şarj məntəqələri niyə yaradılmır?

Bölgələrdə elektromobillər üçün şarj məntəqələri niyə yaradılmır?