6 saylı "DOST" vətəndaşla dostluq etmir

Xırdalan sakini dörd aydır haqq etdiyi pensiyasını ala bilmir

"Cavabımız qane etmirsə, məhkəməyə müraciət edin!"

Redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən, Xırdalan sakini, 15 aprel 1957-ci il təvəllüdlü İsrafilov Çingiz Novruzxan oğlu bu ilin 15 aprelində yaşa görə pensiyaya çıxsa da, indiyə qədər ona düşən məvacibinin ala bilmir.
6 saylı Bakı “DOST” Mərkəzindən vətəndaşa bildiriblər ki, onun stajından araşdırmaya ehtiyacı olan illər var, məvacibin təyinatı məhz ona görə gecikdirilir. Lakin məsələnin başqa tərəfi ondan ibarətdir ki, vətəndaş pensiya yaşına çatdığı üçün işdən azad edilibsə, yeganə gəliri ona təyin ediləcək pensiyadırsa, araşdırma aparıldığı 4-5 ay vaxtda pensiyaçı öz ehtiyaclarını hansı vəsait hesabına ödəməlidir?
Məsələ ilə bağlı ƏƏSMN-dən bildirdilər ki, Abşeron rayonu, Xırdalan şəhər sakini İsrafilov Çingiz Novruzxan oğlunun sığorta stajının araşdırılması ilə bağlı 6 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Dövlət Sosial Müdafiə Fonunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılıb:
"Çingiz İsrafilovun təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş Nərimanov rayonu İctimai İaşə İdarəsindəki 04.08.1992-ci il tarixdən 21.10.1997-ci il tarixədək əmək fəaliyyəti dövünün araşdırılması zərurəti yaranıb. Araşdırma bitdikdən sonra vətəndaşın yaşa görə əmək pensiyası hüququna yenidən baxılacaq.
Vətəndaşa göndərilən məktubda göstərilən dövurkər üzrə araşdırma aparıldığı barədə məlumat verilsə də, Nərimanov rayonu İctimai İaşə İdarəsinə göndərdiyimiz şifahi sorğuya cavabda bildirilir ki, bu məsələ barədə idarənin arxivinə son 4 ayda heç bir sorğu məktubu daxil olmayıb.
Qeyd edək ki, Nərimanov rayonu İctimai İaşə İdarəsinin arxivindən vətəndaşa araşdırma zərurəti yaranan illər üzrə stajın olduğu barədə rəsmi arayış verilib, vətəndaş isə öz növbəsində həmin arayışı 6 saylı Bakı “DOST” Mərkəzinə təqdim edib.
Vətəndaşın 5 il stajılin araşdırılması 4 aydan çox vaxt apardığı üçün bizdə əsaslı şübhələr yaranıb ki, Dövlət Sosial Müdafiə Fonunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ümumiyyətlə bu istiqamətdə heç bir araşdırma aparmır. Çünki araşdırma aparılsaydı araşdırma aparılmalı olan idarənin arxivinə müvafiq dövlət qurumundan sorğu məktubu daxil olardı. Lakin vətəndaşı staja malik olduğu Nərimanov rayonu İctimai İaşə İdarəsinin arxivinə sözügedən məsələ ilə bağlı heç bir məktub və ya müraciət daxil olmayıb.
Artıq bu onun göstəricisidir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumları, o cümlədən "DOST" mərkəzi və Dövlət Sosial Müdafiə Fonunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında sosial müdafiəyə ehtiyacı olan vətəndaşların problemlərinə bu qədər ehtinasiz yanaşılır.
Nazirlik sözçüsü isə haqqı taptanmış vətəndaşa, məvacibinin ala bilmeyen pensiyaçıya cavab verir ki, verdiyimiz rəsmi cavab sizi qane etmirsə, məhkəməyə müraciət edin!


Dəniz