Rusiya ilə Azərbaycan arasında dostluq və iqtisadi münasibətlərin bərpası perspektivləri mövcud çətinliklərə baxmayaraq, yüksək olaraq qalır.
Lim10.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib.
O qeyd edib ki, istənilən fikir ayrılığı və mübahisəsi müvəqqəti xarakter daşıyır və hər iki tərəf üçün zərərlidir.
"Dostluq münasibətlərinin və iqtisadi maraqların inkişaf etdirilməsi perspektivləri çox böyükdür. İstiləşmə qaçılmazdır, bu, sadəcə, zaman məsələsidir. Vəziyyət ağırdır, lakin məsələlər tədricən öz həllini tapacaq", - deputat vurğulayıb.
Mürtəza
Moskva ilə Bakı arasında münasibətlərin istiləşməsi zaman məsələsidir - Rusiyalı deputat
