Tramp administrasiyası Avropanın Rusiya neftini almağı dayandırmasını və bunu davam etdirən ölkələrə qarşı təklif etdiyi sanksiyalara qoşulmasını istəyir.
Lim10.az xəbər verir ki, bu barədə “The New York Post” yazır.
Nəşrin yazdığına görə, Helsinkidə yerləşən beyin mərkəzinin hesabatına görə, Rusiyanı neftinin alışının təxminən 75%-i Çin, Hindistan və Türkiyənin payına düşdüyü halda, keçən il ümumi satış 187,3 milyard dollar olub.
Avropa ölkələri 2024-cü ildə Rusiyadan ümumilikdə təxminən 25,5 milyard dollar dəyərində yanacaq alıblar.
Keçən il Avropa Rusiya neftinin idxalına Ukraynaya maliyyə yardımına xərclədiyindən daha çox pul xərcləyib və bu, təxminən 21,7 milyard dollar qiymətləndirilir.
ABŞ istəyir ki, Avropa Vaşinqtonun sanksiyalarına qoşulsun və Rusiya neftinin alınmasını dayandırsın”, - nəşr yazıb.
Mürtəza
Trampdan Avropaya çağırış: Rusiyadan neft almağı dayandırın, sanksiyalara qoşulun
