Fransa prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron Fransanın şimalındakı Le Touquet-Paris-Plage kurort kommunasında villalarını 3,6 milyon avroya satıb.
Lim10.az xəbər verir ki, bu barədə "Le Canard Enchaine” qəzeti məlumat yayıb.
Məqalədə deyilir: "Paris notariusunun ofisində Bricit Makron Le Touquetdəki ailə evinin alqı-satqısı üçün müqavilə imzalayıb. Alqı-satqı müqaviləsinə əsasən, sövdələşmə 3,6 milyon avroya bağlanıb".
Nəşrin məlumatına görə, villa Oxial inkişaf şirkəti tərəfindən alınıb. Binanın premium dükanları olan ticarət obyektinə çevrilməsi planlaşdırılır.
Le Touquet-Paris-Plage-dəki villa Bricit Makrona məxsus idi. O, binanı miras açlıb. Satışdan sonra Makronların kurortda mülkləri qalacaq.(qaynarinfo)