Tramp İlon Maskın Respublikaçılar Partiyasına geri dönəcəyini bəyan edib

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, iş adamı İlon Mask Respublikaçılar Partiyasına geri dönəcək.

Lim10.az xəbər verir ki, Tramp bu fikri amerikalı radioaparıcı Skott Cenninqsə verdiyi müsahibədə səsləndirib.

Dövlət başçısı Maskı “sağlam düşüncəli və yaxşı insan” kimi xarakterizə edib.

“Düşünürəm ki, onun başqa seçimi yoxdur. O, sağlam düşüncəli insandır, yaxşı insandır. Bəzi məsələlərdə inadkarlıq göstərdi və düzgün addım atmadı, amma bu normaldır. O, yaxşı adamdır. O, 80%-i dahidir, qalan 20%-də problemləri var", - deyə Tramp bildirib.(apa)