Qazaxıstan şirkəti Füzulidə tikinti ilə məşğul olavaq - Yenilənib
Qazaxıstanın “BI Group” şirkəti Füzulidə tikinti işlərinə cəlb olunub.
Bu barədə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin rəhbəri Yusif Abdullayev avqustun 24-də Bakıda keçirilən Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının I iclasında bildirib.
“Bu bizim üçün çox önəmli hadisədir, çünki dünyada tanınan böyük şirkət Azərbaycanda da fəaliyyət göstərir”, - deyə Y.Abdullayev qeyd edib.
...
Qarabağda biznes qurmaq üçün 65 Qazaxıstan şirkəti müraciət edib
Azərbaycanda Qazaxıstan kapitallı 200-dən çox şirkət (sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrində) fəaliyyət göstərir.
Bu barədə KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov avqustun 24-də Bakıda keçirilən Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının I iclasında deyib.
O.Məmmədov qeyd edib ki, Azərbaycanda əlverişli biznes mühiti yaradılıb və ölkəmizdə 15 mindən çox xarici kapitallı şirkət qeydiyyatdan keçib. (AZƏRTAC)