Aqrar məhsul ixrac etmək istəyənlərin nəzərinə!

“Kənd təsərrüfatı mallarının sertifikatlaşdırılması və ixracı” mövzusunda təlim keçiriləcək.

Avqustun 30-da KOBİA-nın Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Kənd təsərrüfatı mallarının sertifikatlaşdırılması və ixracı” mövzusunda təlim keçiriləcək.

Təlimdə Bakı KOBİM-in eksperti Səid Namazov aşağıdakı mövzulardan danışacaq:

-Kənd təsərrüfatı subyektlərinin qeydiyyatı;

-Yerli və beynəlxalq tələblər;

-Sertifikatlaşdırma modelləri;

-Məhsulun planlaşdırılması;

-Spesifikasiyalar;

-Məhsulların ixracı.

Saat 10:00-da keçiriləcək təlimdə iştirak etmək üçün (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.