Barens dənizində turistləri daşıyan gəmi aşdı

Rusiyanın Murmansk vilayətinin Teriberika kəndi yaxınlığında, Barens dənizində turistləri daşıyan gəzinti gəmisi çevrilib.

Lim10.az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Şimal-Qərb Nəqliyyat Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.

"İlkin məlumatlara görə, 2024-cü il noyabrın 27-də Barens dənizinin akvatoriyasında, Teriberka kəndi yaxınlığında içərisində sərnişinlərin olduğu gəzinti gəmisi aşıb. Bütün sərnişinlər sahilə çıxarılıblar", - deyə məlumatda bildirilib.

Turistlərin yoldan keçən gəminin heyəti tərəfindən götürüldüyü qeyd edilib.

Hadisə ilə bağlı "Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi" maddəsi üzrə cinayət işi açılıb.

Barens dənizində turistləri daşıyan gəmi aşdı