Putin Merkeldən üzr istədi

Rusiya Prezidenti Vladimir Putin Astanada jurnalistlərə açıqlamasında Almaniyanın keçmiş kansleri Angela Merkeldən 2007-ci ildə labrador Konni ilə bağlı insidentə görə üzr istəyib.

Lim10.az xəbər verir ki, bu barədə RBC.ru məlumat yayıb.

Keçmiş kansler xatirələrində qeyd edib ki, Soçidə Rusiya prezidenti ilə görüş zamanı fotoşəkil çəkdirərkən Putinin iti zalda olub. Halbuki Berlin Merkelin itlərdən qorxduğunu əvvəlcədən Moskvaya xəbərdar etmişdi. Hadisə 2007-ci ildə Merkelin Rusiyaya səfəri zamanı Soçidə baş verib.

Putin, Merkelin Soçiyə səfəri zamanı onu itlə "qəsdən qorxutması" barədə iddiaları təkzib edib. O, Almaniyanın keçmiş kansleri yenidən ölkəyə səfər edərsə, itlərin ona yaxın buraxılmayacağına dair söz verib.