Çinli milyarder hərracda 6 milyon dollara aldığı bananı yedi

Çinli milyarder Castin San əvvəl "Sotheby's" hərracında divara yapışdırılmış və 6.2 milyon dollara aldığı bananı yeyib.

Lim10.az bu barədə "Barron's"a istinadən xəbər verir.

İtalyan rəssamı Maurisio Kattelanın "Komediant" adlı konseptual sənət əsəri rekord məbləğ olan 6.2 milyon dollara satılıb. Əsər divara skoçla yapışdırılmış banandan ibarət olub.

Onu TRON kriptovalyuta platformasının qurucusu Castin San alıb. Alışdan qısa müddət sonra San "unikal sənət təcrübəsi" çərçivəsində bananı yemək niyyətində olduğunu açıqlayıb və bunun həm sənət dünyasında, həm də populyar mədəniyyətdə əhəmiyyətini vurğulayıb.

"Heç vaxt bu sözləri deyəcəyimi düşünməzdim: altı milyon dollarlıq banan", - deyə San zarafat edib. Tezliklə milyarder vədini yerinə yetirib və meyvəni divardan qopardaraq yeyib.