Cənubi Koreyada hərbi vəziyyət: Ordu komandirlərinə döyüş hazırlığının artırılması əmr edildi
Cənubi Koreyanın Müdafiə Nazirliyi əsas komandirlərin iclasını elan edib.
Lim10.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Bildirilir ki, bütün qoşun növlərinin komandirlərinə döyüş hazırlığının artırılması barədə göstəriş verilib.
Cənubi Koreya Prezidenti Yun Sok Yol müxalifəti parlamentə nəzarətdə, Şimali Koreyaya rəğbət bəsləməkdə və dövlət əleyhinə fəaliyyətlə hökuməti iflic etməkdə günahlandırıb. Bundan sonra o, fövqəladə hərbi vəziyyət elan edib.
Lim10.az-ın "Yonhap"a istinadən verdiyi məlumata görə, Yun Sok Yol bu bəyanatı televiziya brifinqi zamanı verib.
O, bu addımı ölkənin konstitusiya quruluşunun qorunması üçün həyati əhəmiyyətli adlandırıb.
Xatırladaq ki, Yun Sok Yol 2022-ci ilin mart ayında ölkə prezidenti vəzifəsinə başlayıb.