Makron istefa verməkdən imtina etdi
Fransa Prezidenti Emmanuel Makron dövlət başçısı vəzifəsindən istefa verməkdən imtina edib.
Lim10.az "LCI" telekanalına istinadən xəbər verir ki, bu barədə o, Səudiyyə Ərəbistanına səfəri zamanı bildirib.
Makron istefası ilə bağlı şayiələrin siyasi uydurma olduğunu vurğulayıb. O qeyd edib ki, parlament Fransanın hazırkı hökumətinə etimadsızlıq votumu versə belə, prezidentlik postunu tərk etməyəcək.