Suriyanın Moskvadakı səfirliyində müxalifətin bayrağı qaldırılıb

Moskva şəhərində yerləşən Suriya səfirliyinin binasında Suriya müxalifətinin istifadə etdiyi bayraq qaldırılıb.

Lim10.az bu barədə Rusiya KİV-ə istinadən məlumat yayıb.

Qeyd edək ki, dünən Suriyanın Moskvadakı səfirliyinin binasından bayraq və diplomatik missiyanın adı yazılmış lövhə götürülmüşdü.