Nazir: “Diaqnostik qiymətləndirilmə aparılan müəllimlərin maaşları 10 faiz artırılıb”
"Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamlara əsasən dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər, məktəb direktorları və direktor müavinləri, peşə təhsili müəssisələrinin idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçiləri, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb".
1news.az xəbər verir ki, bu barədə Elm və təhsil naziri Emin Əmrullayev rəsmi sosial şəbəkə hesablarında qeyd edib.
"Təhsil ictimaiyyəti adından ölkə başçısına təşəkkürümüzü bildiririk" - deyə, nazir əlavə edib.