Yanvarın 14-də Azərbaycanın müxtəlif regionlarında torpaq hərracları keçiriləcək.
Lim10.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) istinadən xəbər verir.
Hərraclar Dövlət Xidmətinin Şirvan, Mingəçevir, Ucar, Bərdə, Qazax, Xaçmaz, Şamaxı və Qəbələ ərazi şöbələrində təşkil olunacaq. Satışa bələdiyyə orqanlarına məxsus 31 torpaq sahəsi çıxarılacaq.
Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.



















