Hökumət ödəniş portalında cərimə ödənişinə görə tutulan rüsumun məbləği artırılıb.
Lim10.az -ın məlumatına görə, rüsumun məbləğində 30% artım nəzərə çarpır.
Belə ki, cərimə ödəyən şəxslər 9 manat cərimə ödənişinə görə hazırda 1 manat 30 qəpik rüsum tutulduğunu bildirirlər.
Qeyd edilir ki, bir-iki ay əvvələ qədər 9 manata görə 1 manat rüsum tutulurdu.
Məsələ ilə bağlı Mərkəzi Banka sorğu ünvanlanıb.
Xatırladaq ki, bu il noyabrın 1-dən etibarən, cərimə ödənişlərini həyata keçirən provayderlərin tələblərinə uyğun olaraq, cərimə ödənişlərinə komissiya haqqı tətbiq olunur.
Hökumət Ödəniş Portalı vasitəsilə ödəniş edərkən sistemdən istifadə üçün xidmət haqqı tutulmur. Ödənişlərin toplanmasına görə xidmət haqqının hansı formada tutulması isə müvafiq xidmət təşkilatı tərəfindən müəyyənləşdirilir.
Mərkəzi bank daha əvvəl ödəniş zamanı tətbiq olunan 0,40 AZN-lik komissiyanın bütün banklarda vahid qayda ilə həyata keçirildiyini açıqlayıb.
Tətbiq olunan komissiya yalnız yol hərəkəti qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsi çərçivəsində tətbiq edilmiş cərimələrə aiddir.
Billurə



















