Sumqayıtda əl qumbarası tapılıb

Sumqayıt şəhərində əl qumbarası aşkar edilib.

Lim10.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb.

Bir ədəd "RQD 5" markalı əl qumbarası aşkar edilərək polisə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.