Fransız sosialistləri Bayru hökumətinə qoşulmaqdan imtina etdilər
Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo Fransua Bayru baş nazir təyin olunanda Prezident Emmanuel Makronun rejiminin sona çatdığını bildirib.
Lim10.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Biz bu rejimin sonunun sonuna yaxınlaşırıq! Bayru koronavirusa qarşı məcburi peyvənd və poçtla səsvermə istəyən, 45 ilə yaxındır sistemdə olan ultra-Avropapərəst, NATO tərəfdarıdır… Makrona etimadsızlıq votumu, Makron istefa versin!" - o qeyd edib.
Mişel Barnyenin yerinə gələn Fransua Bayru Makronun müttəfiqi və mərkəzçidir.
Fransa Sosialist Partiyasının üzvləri cümə günü baş nazir təyin edilən Fransua Bayru hökumətinə qoşulmayacaqlar, düşünürlər ki, onun baş nazir təyin edilməsi qərarı ölkədəki siyasi böhranı dərinləşdirir.