İranlı professordan iddia: "Nizami Gəncəvi bizə məxsusdur"

"Nizami Gəncəvi bizə məxsusdur, İran dahilərinin kimliyini təhrif etmək qəbuledilməzdir"

Martın 11-də Şəhrekord şəhər Mədəniyyət Mərkəzinin “Əndişə” zalında Nizami Gəncəviyə xüsusi anım proqramı keçirilib.

Mərasimdə çıxış edən ədəbiyyat üzrə professor Məhəmməd Həkim Azər deyib: “Bu anım tədbiri böyük bir yalan və tarixdə ciddi təhriflə qarşıdurma olduğu üçün təşkil edilib”.

Onun sözlərinə gör, son zamanlar Azərbaycan Nizami Gəncəvi haqqında faktları təhrif etməklə bu şairi türkdilli şair kimi tanıtmaqda israrlıdır. Təəccüblüdür ki, hətta, türkcə bir misra belə yazmamış şairi türkdilli qələmə verirlər”.

“Azərbaycanda XV-XVI əsrlərə aid başqa bir şairin divan şeirlərini Nizamiyə aid edirlər. Nizami İran şairi olub və bundan başqası bizim üçün məqbul olmayacaq və bu tarixi həqiqətin təhrif edilməsi cəhalət nümunəsidir”,-deyə professor iddia edib.

Həkim Azər əlavə edib: “Nizaminin dilində və kəlamında İranın əzəməti və möhtəşəmliyi hiss olunur və danılmazdır”. (Fars News)