Təyyarə qəzası ilə bağlı "Embraer" şirkəti açıqlama verdi
Təyyarə istehsal edən "Embraer" şirkəti Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı hakimiyyət və səlahiyyətli orqanlar ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Lim10.az bu barədə şirkətin açıqlamasına istinadən xəbər verir.
"Biz bu hadisədən zərər çəkmiş ailələrə, dostlara, həmkarlara və qohumlara başsağlığı veririk. Vəziyyəti izləyirik və səlahiyyətli orqanlara dəstək verməyə tamamilə hazırıq", - məlumatda bildirilir.