Təyyarə qəzasında xəsarət alan Rusiya vətəndaşları öz ölkəsinə aparılıblar

Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan doqquz Rusiya vətəndaşı Moskvaya yola salınıb.

Lim10.az xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti yayıb.

Məlumatda qeyd olunur ki, müalicəsini Rusiyada davam etdirəcək şəxslərdən biri uşaqdır.

Qeyd olunur ki, onlar Rusiyadan gələn xüsusi təyyarənin tibb personalının müşayiəti ilə vətənlərinə göndəriliblər.