İran prezidenti: "Tehran dünya ilə döyüşməli deyil"

İran Prezidenti Məsud Pezeşkian Şimali Xorasan əyalətinə səfəri zamanı çıxışında bildirib ki, rəsmi Tehran dünya ilə döyüşməməlidir.

"Azad İran" "Telegram" kanalı bu barədə yerli KİV-ə istinadən xəbər verib.

"Biz heç kimlə döyüşmürük. Biz var gücümüzlə ölkəmizin sərhədlərini və bütövlüyünü qoruyuruq və qoruyacağıq. Eyni zamanda, heç kimə ölkəmizə hücum etmək imkanı verməyəcəyik. İran heç bir ölkənin ərazisinə göz dikməyib", - deyə M.Pezeşkian vurğulayıb.

O, qeyd edib ki, ölkədəki problemləri birlik yolu ilə həll etmək lazımdır və elə bir iş görülməlidir ki, hökumət problemlərin, maneələrin həll istiqamətində addım atsın.