Təyyarə qəzasında ölən bort bələdçisi ilə bağlı TƏFƏRRÜAT

Ötən gün baş verən təyyarə qəzasında həlak olanlardan biri Ramin Ağayev haqqında yeni təfərrüat məlum olub.

Lim10.az "Unikal"a istinadən məlumat verir ki, o, əslən Lerik rayonunun Almu kəndindəndir.

Qeyd edək ki, Rusiya vətəndaşı olan R. Ağayev "Ural Hava Yolları"nın bələdçisi idi.

Azərbaycan Hava Yollarının (AZAL) təyyarəsində sərnişin kimi uçan Ural Hava Yollarının ("Ural Airlines") bort bələdçisi Ramin Ağayev həlak olanların arasındadır.

Lim10.az-ın verdiyi məlumata görə, bu barədə Rusiyaya məxsus aviaşirkətdən xəbər verilib.

Bundan əvvəl Ramin Ağayevin AZAL-ın J2-8243 nömrəli Bakı-Qroznı reysi ilə uçduğu təsdiqlənmişdi, lakin o, sağ qalanlar arasında idi.

Aviaşirkət onun yaxınlarına başsağlığı verib.

Xatırladaq ki, Azərbaycanın paytaxtı Bakıdan Qroznıya uçan AZAL-ın "Embraer" sərnişin təyyarəsi dekabrın 25-də səhər saatlarında Qazaxıstanın Aktau hava limanında qəzaya uğrayıb.