Rusiya və Azərbaycan təyyarə qəzası ilə bağlı Qazaxıstandakı istintaqda iştirak etmir

Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanları "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Qazaxıstanda istintaq araşdırmaları aparmır.

Lim10.az Lada.kz-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Manqistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev brifinqdə məlumat verib.

"Bu gün Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanları bizim istintaq-əməliyyat qrupumuzun üzvü deyillər və istintaq hərəkətləri həyata keçirmirlər", - Ordabayev bildirib.

Onun sözlərinə görə, Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri Qazaxıstana gəliblər, lakin respublika qanunvericiliyinə uyğun olaraq cinayət təhqiqatında iştirak edə bilməzlər. Onlara istintaqla bağlı olmayan işlərdə iştirak etməyə icazə verilir.