Zurabişvili postunda qalmaqda israr edir: Yeni prezidentin andiçmə mərasimi günü nə edəcək?

"Prezidentin andiçmə mərasiminin hüquqi qüvvəsi yoxdur, ona görə də mən prezident olaraq qalıram və fəaliyyətimi davam etdirirəm".

Lim10.az-ın "Sputnik Gürcüstan" "Telegram" kanalına istinadən xəbərinə görə, bu sözləri Gürcüstanın Prezidenti Salome Zurabişvili Britaniyanın "Rest Is Politics" podkastında deyib.

Bazar günü - dekabrın 29-da yeni seçilmiş prezident Mixail Kavelaşvilinin andiçmə mərasimində nə edəcəyi ilə bağlı suala isə Zurabişvili maraqlı cavab verib.

O qeyd edib ki, bu barədə bazar günü elan edəcək, çünki hakim partiya onun planlarından əvvəlcədən xəbərdar olmamalıdır.

Xatırladaq ki, dekabrın 29-da Salome Zurabişvilinin prezident kimi səlahiyyət müddəti başa çatır və o, öz postunu tərk etməlidir. Zurabişvili isə bununla razılaşmır və vəzifəsindən getməyəcəyini iddia edir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze məsələ ilə bağlı bildirib ki, , çünki əks təqdirdə, onu zorla çıxarmaq lazım gələcək.