Perl-Harbor hücumundan sağ çıxan ən yaşlı amerikalı öldü

İkinci Dünya müharibəsi zamanı, 1941-ci ildə Yaponiyanın Perl-Harbordakı ABŞ hərbi dəniz bazasına hücumundan sağ çıxan ən yaşlı amerikalı Uorren Apton Kaliforniyada dünyasını dəyişib.

Lim10.az "Associated Press"ə istinadən xəbər verir ki, Uorren Apton 105 yaşında Los Qatos xəstəxanasında pnevmoniya səbəbindən vəfat edib.

Perl-Harbora hücum zamanı Uorren Apton 22 yaşında olub. O, Ford adasında dayanan "Yuta" döyüş gəmisinin göyərtəsində xidmət edirdi. Bombardman zamanı gəmi batıb, lakin Apton adaya üzərək xəndəkdə sığınacaq tapa bilib.

Qeyd edək ki, hücum günü Perl-Harborda təxminən 87 min ABŞ əsgəri olub. Onlardan hazırda cəmi 15 nəfər sağdır.