Narin Güran məhkəməsi yekunlaşdı: Cinayətkarların cəzaları AÇIQLANDI
Türkiyənin Diyarbəkir şəhərində səkkiz yaşlı Narin Güranın amansızcasına qətlə yetirilməsi ilə bağlı keçirilən məhkəmə prosesi başa çatıb.
Lim10.az-ın məlumatına görə, bu barədə "Haber Global" xəbər verib.
Bildirilir ki, məhkəmə kollegiyası "mütəşəkkil şəkildə qəsdən adam öldürmə" maddəsi ilə təqsirləndirilən sonuncu şəxs Nevzat Bahtiyarı "cinayət sübutlarını məhv etmə, gizlətmə və ya dəyişdirmə" maddəsi ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Bundan əvvəl xəbər verilmişdi ki, Yüksel Güran (Narinin anası), Enes Güran (qardaşı) və Salim Güranı (əmisi) Türkiyə Cəza Məcəlləsinin müvafiq maddələri ilə ayrı-ayrılıqda ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edib.
Xatırladaq ki, səkkiz yaşlı Narin Güranın cəsədi onun 19 gün sonra çay yatağında, üstü daş və kol-kosla örtülmüş çuval içində . Ekspertiza uşağın ağız-burnunun qapadılması və boynuna təzyiq edilərək sıxılması nəticəsində oksigen çatışmazlığından dünyasını dəyişdiyini müəyyən edib. Diyarbəkir Respublika Baş Prokurorluğuna göndərilən hesabatda Narin Güranın yoxa çıxdığı gün, yəni avqustun 21-də öldüyü bildirilib. İstintaq nəticəsində cinayətin uşağın anası Yüksel Güran, qardaşı Enes Güran, avtomobilində Narinə aid DNT və tük nümunəsi tapılan əmisi Salim Güran törədildiyi məlum olur. Onlara və cəsədi çay yatağına daşıdığını Nevzat Bahtiyara qarşı "mütəşəkkil cinayət törətmək" ittihamı ilə cinayət işi açılıb.