Yaponiyada 276 kiloqramlıq balıq inanılmaz qiymətə satıldı

Tokioda keçirilən ilin ilk auksionunda 276 kq çəkisi olan mavi üzgəcli tuna balığı 207 milyon yeninə (1,3 milyon dollara) satılıb.

Lim10.az TASS-a istinadən xəbər verir ki, bu barədə hərrac təşkilatçıları məlumat yayıblar.

Satılan tuna balığı Aomori prefekturasının şimalında tutulub.

Bildirilir ki, ən bahalı balığı dadmaq üçün artıq növbəyə duran müştərilər var.