Suriyada Əsəd rejiminin devrilməsindən sonra ilk beynəlxalq uçuş hansı ölkəyə oldu?
Suriyada Baas rejiminin devrilməsindən sonra Dəməşq hava limanından ilk beynəlxalq uçuş həyata keçirilib.
Bu barədə Lim10.az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, Bəşər Əsəd rejiminin devrilməsindən sonra yenidən fəaliyyətə başlayan və dekabrın 18-də ilk sərnişin təyyarəsi uçuşunun Dəməşq-Hələb reysi ilə baş tutduğu paytaxtın hava limanı beynəlxalq uçuşlara da açılıb.
Suriya Hava Yollarına məxsus sərnişin təyyarəsi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja şəhərinə getmək üçün paytaxt Dəməşqdən havaya qalxıb.
Dəməşq Hava Limanının müdiri Enis Falluh dekabrın 7-də Qətər Hava Yollarının Doha-Dəməşq reysinin də təşkil ediləcəyini bildirib.
"Uçuşların artacağına ümid edirik. Uçuşların təhlükəsiz şəkildə həyata keçirilməsi üçün imkanlarımız daxilində hava limanında hazırlıqlarımızı tamamladıq. Təyyarələri qarşılamağa hazırıq", - deyə o qeyd edib.
Falluh hazırda hava limanında 140-150 sərnişinin olduğunu nəzərə çatdırıb. Həmçinin bir çox şirkətin bu hava limanından istifadə etmək üçün yeni müqavilələr bağlamaq istədiyini də vurğulayıb.