Tibetdə zəlzələ nəticəsində ölənlərin sayı artıb
Çinin cənub-qərbindəki Tibet Muxtar Bölgəsində baş verən 6.8 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 126 nəfərə çatıb.
Lim10.az xəbər verir ki, bu barədə "Sinhua" agentliyi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların səbəb olduğu dağıntılar nəticəsində 188 nəfər yaralanıb. Bildirilib ki, zəlzələdən sonra seysmoloqlar 49 afterşok (təkrar təkanlar) qeydə alıblar.
Tibetdə baş verən 7.1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 95-ə çatıb.
Lim10.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat verib.
Məlumata əsasən, 130 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edək ki, ilkin məlumatda ölənlərin sayı 53, xəsarət alanların sayı isə 62 nəfər göstərilmişdi.
Seysmoloqlar Tibetdə baş verən 7.1 bal gücündə zəlzələdən sonra 49 afterşok qeydə alıblar.
Lim10.az xəbər verir ki, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.
Mütəxəssislərin fikrincə, afterşoklardan 33-ünün maqnitudası 3-dən aşağı, 16-sının maqnitudası 3-dən yüksək olub.
Maksimum 4.4 bal gücündə zəlzələ əsas təkanın episentrindən 18 kilometr aralıda baş verib.
Tibetdə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 53-ə çatıb.
Lim10.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət nəticəsində 62 nəfər xəsarət alıb.
Qeyd edilib ki, zəlzələnin episentrinin yerləşdiyi Tinqri bölgəsində 1000-dən çox evdə dağıntı qeydə alınıb.
Tibetdə baş verən 7.1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 32-yə çatıb.
Lim10.az xəbər verir ki, bu barədə "Xinxua" agentliyi məlumat yayıb.
Hadisə nəticəsində azı 38 nəfər xəsarət alıb.
Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) baş verən güclü zəlzələ nəticəsində azı 9 nəfər həlak olub.
Lim10.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, 7.1 bal gücündə zəlzələ Şiqadze şəhərinin yaxınlığında qeydə alınıb. Yeraltı təkanlar Nepal, Hindistan, Butan və Banqladeşdə də hiss olunub.
Çinin cənub-qərbindəki Tibet Muxtar Rayonunda, Nepalla sərhəddə 7.1 maqnitudalı zəlzələ olub.
Lim10.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.
Məlumata görə, yeraltı təkanların episentri Şiqadze şəhərindən 163 km aralıda yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub.
İtki və dağıntılar barədə məlumat verilməyib.